Təbiəti bizimlə kəşf edin!

Ana səhifə>

Niyaldağ turu

Niyaldağ Lahıc qəsəbəsi ilə Basqal qəsəbəsi sərhədində yerləşən, təbiəti gözəl və zəngin dağdır. Dağın 1700-1800 metr yüksəkliyindən sonra meşə sahəsi bitir və otluq ərazi başlayır. Otluq sahə bitki növləri ilə zəngindir. Otluq ərazi Niyal yaylağı adlanır. Əsasən may-oktyabr aylarında ərazidə çobanlar qoyun otarırlar. Niyaldağın ən yüksək nöqtəsi 2053 metrdir. Marşrutumuz kifayət qədər maraqlı və orta çətinlikdədir. Yolda Girdiman qalasının qalıqlarına da rast gələcəyik. 

Marşrutun uzunluğu (Gediş-gəliş): 13 km

Çətinlik dərəcəsi: Orta

Mövsüm: 4 fəsil

Müddəti: 5-6 saat

Ən alçaq nöqtə: 1196 m

Ən hündür nöqtə: 2023 m

Marşrutun başlanma yüksəkliyi: 1196 m

Marşrutun bitmə yüksəkliyi: 2053 m

Eniş: 857 m

Yoxuş: 857

Turun programı

  1. 07:00-10:00 Bakı-Lahıc yolu (Şamaxıda 10 dəq fasilə)

  2. 10:00-15:00 Lahıc-Niyaldağ Zirvə yürüşü

  3. 16:30 - Lahıc kəndinə geri qayıdırıq

  4. 19:00 - Lahıc kəndindən Bakıya yola düşürük (Şamaxıda 10 dəqiqə fasilə)

  5. 22:00 - Bakıdayıq

  • TURUN QİYMƏTİ

  • 3 Nəfərlik qrup üçün adambaşı
  • 7 Nəfərlik qrup üçün adambaşı
  • 10 Nəfərlik qrup üçün adambaşı
  • 15 Nəfərlik qrup üçün adambaşı
  • TURUN QİYMƏTİNƏ DAXİLDİR

  • Nəqliyyat (Bakı- İsmayıllı – Lahıc kəndi -Bakı )
  • Qrup sayına uyğun dağ bələdçisi
  • Foto çəkiliş
  • * Qidalanma, yürüş üçün istifadə olunacaq ləvazimat və geyim qiymətə daxil deyil.

LAZIM OLAN LƏVAZİMATLAR

  1. Kürək çantası (həcmi 20-35 l)

  2. Rahat və su keçirməz idman ayaqqabısı

  3. Su keçirməz isti şalvar və gödəkçə

  4. Papaq, eynək, əlcək

  5. Termos

  6. Su və qida (Sendviç, buterbrod və s.)

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur proqramında iştirakdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə məlumatlar

  • Qrup sayı maksimum 3, 7, 10, 15, 18 nəfər təşkil edə bilər.
  • Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqəladə hadisə qarşısında tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
  • Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının özü tərəfindən edilir.

TURUN REZERVASİYASI

Telefon Nömrələri:

+994 55 762 83 96 (ingilis və rus dili üçün)

+994 77 304 34 54 (Azərbaycan və türk dili üçün)

Yuxarıda qeyd olunan nömrələrdə WhatsApp, Telegram, və Viber messencerləri mövcuddur.

Tur haqqında daha ətraflı məlumat almaq və ya rezervasiya etmək üçün:

Seçim 1: Yuxarıda qeyd olunan nömrələr vasitəsilə bizə zəng edin və ya WhatsApp, Telegram, Viber mesajı yazın.

Seçim 2: Təqdim etdiyimiz forma vasitəsilə bizə email göndərin.

Biz tez bir zamanda sizin mesajınıza cavab yazacağıq.