Təbiəti bizimlə kəşf edin!

Ana səhifə>

Mistan dağı bir günlük hiking turu

Mistan dağı - Lerik rayonunun Mistan kəndi yaxınlığında yerləşir. Silsilənin ən yüksək nöqtəsi Dızdilıq zirvəsidir. Yükəskliyi 2328 metrdir. Yürüşümüz 1831 m yüksəklikdə yerləşən Mistan kəndindən başlayacaq. Zirvədən İran sərhədində yerləşən Talış dağlarının ən hündür Gömürgöy (2493m) və Qızyurdu (2433m) zirvələrinə gözəl mənzərə açılır. İran ərazisində yerləşən Savalan dağını da görmə şansımız olacaq. Savalan dağının yüksəkliyi 4811 metrdir.

Marşrutun uzunluğu( Gediş -gəliş): 6 km

Çətinlik dərəcəsi: Orta

Mövsüm: 4 fəsil

Müddəti: 5-6 saat

Marşrutun başlanma yüksəkliyi: 1831 m

Marşrutun bitmə yüksəkliyi: 2328 m

Turun programı

  1. 06:40 – Görüş Gənclik m/st Caspian Shopping qarışısında toplanış

  2. 07:00 - 12:00 Bakı – Lerik (avtobus)

  3. 10:00 - Salyanda fəsilə (10 dəqiqə)

  4. 12:00 - 12:30 Lerik-Mistan (dağ nəqliyyatı)

  5. 12:30 - 17:00 Zirvə yürüşünə başlamaq və Mistan kəndinə qayıdış.

  6. 17:00 - 17:30 Kənd evində çay fasiləsi

  7. 17:30 - 18:00 Dağ maşınları ilə geri dönürük

  8. 18:00 - 23:00 Bakıya qayıdırıq

  • TURUN QİYMƏTİ

  • 3 Nəfərlik grup üçün nəfər başı
  • 7 Nəfərlik grup üçün nəfər başı
  • 10 Nəfərlik grup üçün nəfər başı
  • 15 Nəfərlik grup üçün nəfər başı
  • 18 Nəfərlik grup üçün nəfər başı
  • TURUN QİYMƏTİNƏ DAXİLDİR

  • Nəqliyyat (Bakı -Lerik - Bakı )
  • Qrup sayına görə dağ bələdçisi
  • Foto çəkiliş
  • İstəyə görə əlavə olaraq yüklərin daşınması üçün at, çadır, mat, yataq kisəsi,ocaq, qaz balaonları və.s xidmətləri daxil edə bilərik.

LAZIM OLAN LƏVAZİMATLAR

  1. Kürək çantası (həcmi 20-35 l)

  2. Rahat və su keçirməz idman ayaqqabısı

  3. Su keçirməz isti şalvar və gödəkçə

  4. Papaq, eynək, əlcək

  5. Termos

  6. Su və qida (Sendviç, buterbrod və s.)

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur proqramında iştirakdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə məlumatlar

  • Qrup sayı maksimum 3,7,10, 15, 18 nəfərlə edilə bilər.
  • Turumuza ən gec 20 gün əvvəlinə qədər qeyd etdirib ödənişi etməniz gərəkir. (Pasporton surətiylə)
  • Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
  • Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakının özü tərəfindən edilir.

TURUN REZERVASİYASI

Telefon Nömrələri:

+994 55 762 83 96 (ingilis və rus dili üçün)

+994 77 304 34 54 (Azərbaycan və türk dili üçün)

Yuxarıda qeyd olunan nömrələrdə WhatsApp, Telegram, və Viber messencerləri mövcuddur.

Tur haqqında daha ətraflı məlumat almaq və ya rezervasiya etmək üçün:

Seçim 1: Yuxarıda qeyd olunan nömrələr vasitəsilə bizə zəng edin və ya WhatsApp, Telegram, Viber mesajı yazın.

Seçim 2: Təqdim etdiyimiz forma vasitəsilə bizə email göndərin.

Biz tez bir zamanda sizin mesajınıza cavab yazacağıq.