Təbiəti bizimlə kəşf edin!

Ana səhifə>

Əmbil gölü turu

Qədim Şabran torpağında bir yurd yeri də Zeyvə kəndidir. Sıx meşələrin, yaşıl ormanların qoynunda binə-bölgə bağlamış bu ucqar dağ kəndi rayon mərkəzindən təxminən 30-35 kilometr uzaqlıqda yerləşir. Yaşı az qala VI-VII əsrlərə gedib çıxan Zeyvə kəndinin adının mənasına tədqiqatçılar "künc, bucaq, guşə" (cəmiyyətdən uzaq) kimi mənalar verirlər. Kənddən Zeyvə çay adlı çay keçir. Əmbil gölü kənddən bir qədər aralı məsafədə yerləşir. Kənddə çoxlu sayda bulaq və şəlalələr var. Müalicə əhəmiyyətli kükürdlü suların çıxdığı bu yerə insanlar müalicəyə və istirahət etməyə gəlirlər.

Marşrut növü: Bir günlük (hiking)

Çətinlik dərəcəsi: Orta çətin

Mövsüm: 4 fəsil

Uzunluğu: 2.5 km

Müddəti: 2 saat

Başlanğıc yüksəkliyi: 757 m

Son yüksəkliyi: 946 m

Yoxuş: 190 m

Eniş: 190m

Turun programı

  1. 08.00-10:00. Bakı-Şabran-Zeyvə kəndi

  2. 10:00-10:30.Yolumuza dağ maşınları ilə davam edirik

  3. 10.30-12.30. Gölə çatırıq. Dincəlirik, şəkil çəkdiririk, piknik edirik

  4. 16.00-18:30. Əmbil gölü-dağ maşınları

  5. 19.00-21:00. Zeyvə kəndi-Şabran rayonu-Bakı

  6. 18.30 - Şabran-Bakı istiqamətində yola düşürük

  7. 21.00 - Bakıya çatırıq

Qeyd.1. Mövcud havanın vəziyyəti və qrup iştirakçılarının sürətinə görə proqramın vaxtında dəyişiklik ola bilər.

  • TURUN QİYMƏTİ

  • 3 Nəfərlik qrup üçün adambaşı
  • 7 Nəfərlik qrup üçün adambaşı
  • 10 Nəfərlik qrup üçün adambaşı
  • 15 Nəfərlik qrup üçün adambaşı
  • 18 Nəfərlik qrup üçün adambaşı
  • TURUN QİYMƏTİNƏ DAXİLDİR

  • Nəqliyyat (Bakı -Şabran – Zeyvə kəndi -Bakı )
  • Qrup sayına görə dağ bələdçisi
  • Foto çəkiliş
  • * Qidalanma, yürüş üçün istifadə olunacaq ləvazimat və geyim qiymətə daxil deyil.

LAZIM OLAN LƏVAZİMATLAR

  1. Kürək çantası (həcmi 20-35 l)

  2. Rahat və su keçirməz idman ayaqqabısı

  3. Su keçirməz isti şalvar və gödəkçə

  4. Papaq, eynək, əlcək

  5. Termos

  6. Su və qida (Sendviç, buterbrod və s.)

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur proqramında iştirakdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə məlumatlar

  • Qrup sayı maksimum 3, 7, 10, 15, 18 nəfər təşkil edə bilər.
  • Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqəladə hadisə qarşısında tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
  • Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının özü tərəfindən edilir.

TURUN REZERVASİYASI

Telefon Nömrələri:

+994 55 762 83 96 (ingilis və rus dili üçün)

+994 77 304 34 54 (Azərbaycan və türk dili üçün)

Yuxarıda qeyd olunan nömrələrdə WhatsApp, Telegram, və Viber messencerləri mövcuddur.

Tur haqqında daha ətraflı məlumat almaq və ya rezervasiya etmək üçün:

Seçim 1: Yuxarıda qeyd olunan nömrələr vasitəsilə bizə zəng edin və ya WhatsApp, Telegram, Viber mesajı yazın.

Seçim 2: Təqdim etdiyimiz forma vasitəsilə bizə email göndərin.

Biz tez bir zamanda sizin mesajınıza cavab yazacağıq.