Təbiəti bizimlə kəşf edin!

Ana səhifə>

Kuzun-Laza kəndləri turu

Laza kəndi - dəniz səviyyəsindən 1700 m yüksəklikdə yerləşir. Əhalisi əsasən ləzgilərdən olan dağ kəndidir. Kəndin mərkəzində tarixi abidə sayılan 300 yaşlı məscid yerləşir. Kənd fərqli yüksəkliklərdən axan şəlalələrlə əhatə olunub.Kuzun kəndi - dəniz səviyyəsində 1300 m yüksəklikdə yerləşən kənddir. Onun da əhalisi əsasən ləzgilərdən ibarətdir.

Marşrutun uzunluğu: 8 km

Müddəti: 3-4 saat

Çətinlik dərəcəsi: Orta

Mövsüm: 4 fəsil

Ən alçaq nöqtə: 1274 m

Ən hündür nöqtə: 1700 m

Marşrutun başlanma yüksəkliyi: 1274 m

Marşrutun bitmə yüksəkliyi: 1274 m

Eniş: 687 m

Yoxuş: 284 m

Turun programı

  1. 08:00-11:00 - Bakı-Qusar-Kuzun kəndi

  2. 11:30-15:00 - Kuzun kəndindən Laza kəndinə hərəkətə başlayırıq

  3. 18:00 - Laza kəndi-Qusar-Bakı

  4. 21:00 - Bakıdayıq

  • TURUN QİYMƏTİ

  • 3 Nəfərlik qrup üçün adambaşı
  • 7 Nəfərlik qrup üçün adambaşı
  • 10 Nəfərlik qrup üçün adambaşı
  • TURUN QİYMƏTİNƏ DAXİLDİR

  • Nəqliyyat (Bakı - Qusar - Kuzun kəndi - Bakı )
  • Qrup sayına uyğun dağ bələdçisi
  • Foto çəkiliş
  • * Qidalanma, yürüş üçün istifadə olunacaq ləvazimat və geyim qiymətə daxil deyil.

LAZIM OLAN LƏVAZİMATLAR

  1. Kürək çantası (həcmi 20-35 l)

  2. Rahat və su keçirməz idman ayaqqabısı

  3. Su keçirməz isti şalvar və gödəkçə

  4. Papaq, eynək, əlcək

  5. Termos

  6. Su və qida (Sendviç, buterbrod və s.)

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur proqramında iştirakdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə məlumatlar

  • Qrup sayı maksimum 3, 7, 10, 15, 18 nəfər təşkil edə bilər.
  • Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqəladə hadisə qarşısında tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
  • Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının özü tərəfindən edilir.

TURUN REZERVASİYASI

Telefon Nömrələri:

+994 55 762 83 96 (ingilis və rus dili üçün)

+994 77 304 34 54 (Azərbaycan və türk dili üçün)

Yuxarıda qeyd olunan nömrələrdə WhatsApp, Telegram, və Viber messencerləri mövcuddur.

Tur haqqında daha ətraflı məlumat almaq və ya rezervasiya etmək üçün:

Seçim 1: Yuxarıda qeyd olunan nömrələr vasitəsilə bizə zəng edin və ya WhatsApp, Telegram, Viber mesajı yazın.

Seçim 2: Təqdim etdiyimiz forma vasitəsilə bizə email göndərin.

Biz tez bir zamanda sizin mesajınıza cavab yazacağıq.