Təbiəti bizimlə kəşf edin!

Ana səhifə>

Duruca şəlaləsi turu

Duruca kəndi Qəbələ şəhərindən təqribən 3 km uzaqlıqda yerləşir. Kəndin dörd tərəfi dağlar, sıldırım qayalar və meşələrlə əhatə olunmuşdur. Kənddə 120 ev vardır. Kəndin ərazisindən eyniadlı çay axır. Təqribən 2 saatlıq bir uzaqlıqda gözəl şəlalə mövcuddur. Duruca kəndində sərin bulaqlar və möhtəşəm mənzərələr sizləri gözləyir.

Marşrutun uzunluğu (Gediş-gəliş): 5 km.

Müddəti: 2-3 saat 

Çətinlik dərəcəsi: Asan

Mövsüm: 4 fəsil

Ən alçaq nöqtə: 454 m

Ən hündür nöqtə: 717 m

Marşrutun başlanma yüksəkliyi: 454 m

Marşrutun bitmə yüksəkliyi: 717 m

Eniş: 263 m

Yoxuş: 263 m

Turun programı

  1. 06:30 - Toplaşma (Gənclik m/s caspian çıxışı)

  2. 11:00 - Duruca kəndinə çatırıq

  3. 11:30 - Yürüşə başlayırıq

  4. 13:00 - Duruca şəlaləsində istirahət

  5. 15:00 - Duruca kəndinə yola düşürük

  6. 17:00 - Qəbələ-Bakı

  7. 21:00 - Bakıdayıq

  • TURUN QİYMƏTİ

  • 3 Nəfərlik qrup üçün adambaşı
  • 7 Nəfərlik qrup üçün adambaşı
  • 15 Nəfərlik qrup üçün adambaşı
  • 10 Nəfərlik qrup üçün adambaşı
  • TURUN QİYMƏTİNƏ DAXİLDİR

  • Nəqliyyat (Bakı - Qəbələ – Duruca kəndi - Bakı )
  • Qrup sayına uyğun dağ bələdçisi
  • Foto çəkiliş
  • İstəyə görə əlavə olaraq yüklərin daşınması üçün at, çadır, mat, yataq kisəsi,ocaq, qaz balaonları və.s xidmətləri daxil edə bilərik.

LAZIM OLAN LƏVAZİMATLAR

  1. Kürək çantası (həcmi 20-35 l)

  2. Rahat və su keçirməz idman ayaqqabısı

  3. Su keçirməz isti şalvar və gödəkçə

  4. Papaq, eynək, əlcək

  5. Termos

  6. Su və qida (Sendviç, buterbrod və s.)

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur proqramında iştirakdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə məlumatlar

  • Qrup sayı maksimum 3, 7, 10, 15, 18 nəfər təşkil edə bilər.
  • Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqəladə hadisə qarşısında tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.

TURUN REZERVASİYASI

Telefon Nömrələri:

+994 55 762 83 96 (ingilis və rus dili üçün)

+994 77 304 34 54 (Azərbaycan və türk dili üçün)

Yuxarıda qeyd olunan nömrələrdə WhatsApp, Telegram, və Viber messencerləri mövcuddur.

Tur haqqında daha ətraflı məlumat almaq və ya rezervasiya etmək üçün:

Seçim 1: Yuxarıda qeyd olunan nömrələr vasitəsilə bizə zəng edin və ya WhatsApp, Telegram, Viber mesajı yazın.

Seçim 2: Təqdim etdiyimiz forma vasitəsilə bizə email göndərin.

Biz tez bir zamanda sizin mesajınıza cavab yazacağıq.