Təbiəti bizimlə kəşf edin!

Ana səhifə>

Dilman şəlaləsi bir günlük hiking turu

Dilman kəndi- Ağsu çayının sol sahilində, Ağsu rayonununda yerləşir. Kəndin əhalisi XVIII əsrdə Cənubi Azərbaycandan köçüb gəlmiş azərbaycanlı ailələrin məskunlaşması nəticəsində yaranmış məntəqələrdən (Dilman, Hacman və Xatman) biridir. Gətirilmə addır və mənası məlum deyil. Dilman şələləsi – dəniz səviyyəsindən 950 m yüksəklikdə, Dəliçayın üzərində yerləşir.

Marşrutun uzunluğu: 8 km (Gediş-Gəliş)

Müddəti: 3-6 saat

Çətinlik dərəcəsi: Asan

Mövsüm: 4 fəsil

Ən alçaq nöqtə:718 m

Ən hündür nöqtə: 910 m

Marşrutun başlanma yüksəkliyi: 900 m

Marşrutun bitmə yüksəkliyi: 1045 m

Yoxuş: 391  m

Eniş: 2282 m

Turun programı

  1. 06:30 - Toplanış (Gənclik m/s Caspian shopping çıxışı)

  2. 07:00 - Yola düşürük (Şamaxıda 10 dəq fasilə)

  3. 10:00 - Dilman kəndinə çatırıq

  4. 11:00 - Dilman kəndini gəzib şələləyə doğru yola düşürük

  5. 14:00 - Şəlaləyə çatırıq

  6. 17:00 - Dilman kəndinə geri qayıdırıq

  7. 17:20 - Dilman kəndindən Bakıya yola düşürük (Şamaxıda 10 dəq fasilə)

  8. 20:00 - Bakıdayıq

  • TURUN QİYMƏTİ

  • 3 Nəfərlik qrup üçün adambaşı
  • 7 Nəfərlik grup üçün nəfər başı
  • 10 Nəfərlik grup üçün nəfər başı
  • 15 Nəfərlik grup üçün nəfər başı
  • 18 Nəfərlik grup üçün nəfər başı
  • TURUN QİYMƏTİNƏ DAXİLDİR

  • Nəqliyyat (Bakı – Ağsu – Dilman kəndi - Bakı )
  • Qrup sayına görə dağ bələdçisi
  • Foto çəkiliş
  • İstəyə görə əlavə olaraq yüklərin daşınması üçün at, çadır, mat, yataq kisəsi,ocaq, qaz balaonları və.s xidmətləri daxil edə bilərik.

LAZIM OLAN LƏVAZİMATLAR

  1. Kürək çantası (həcmi 20-35 l)

  2. Rahat və su keçirməz idman ayaqqabısı

  3. Su keçirməz isti şalvar və gödəkçə

  4. Papaq, eynək, əlcək

  5. Termos

  6. Su və qida (Sendviç, buterbrod və s.)

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur proqramında iştirakdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə məlumatlar

  • Qrup sayı maksimum 3, 7, 10, 15, 18 nəfər təşkil edə bilər.
  • Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
  • Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının özü tərəfindən edilir.

TURUN REZERVASİYASI

Telefon Nömrələri:

+994 55 762 83 96 (ingilis və rus dili üçün)

+994 77 304 34 54 (Azərbaycan və türk dili üçün)

Yuxarıda qeyd olunan nömrələrdə WhatsApp, Telegram, və Viber messencerləri mövcuddur.

Tur haqqında daha ətraflı məlumat almaq və ya rezervasiya etmək üçün:

Seçim 1: Yuxarıda qeyd olunan nömrələr vasitəsilə bizə zəng edin və ya WhatsApp, Telegram, Viber mesajı yazın.

Seçim 2: Təqdim etdiyimiz forma vasitəsilə bizə email göndərin.

Biz tez bir zamanda sizin mesajınıza cavab yazacağıq.