Popular Çətin May-Noyabr

Bazarduzu Summit Tour 4466 m

Qusar, Bazardüzü zurvəsi 3 Days Max 14 people 4.8 (1 Reviews)

About Tour

4466m Summit
12 km Distance
3 Gün
2900 m Starting Point
3250 m Camp

Are you ready to climb the highest peak of Azerbaijan? The Bazardüzü Mountain tour is a unique expedition that brings together a love for mountains, a spirit of adventure, and extraordinary natural landscapes. Standing at an altitude of 4,466 meters, Mount Bazardüzü is the highest point of the Greater Caucasus and the South Caucasus. From here, you can admire the border mountains of Dagestan, the steep cliffs of the Greater Caucasus, and the rivers flowing towards the Caspian Sea.

Climbing Mount Bazardüzü, the highest peak of Azerbaijan, is considered technically easy and is suitable even for those with no mountaineering experience. The Shahyaylag meadows, icy springs, and wild nature make this journey even more unforgettable. During this adventure-filled tour, you will experience group hikes, overnight camping, and breathtaking mountain views.

Professional Guide
Daxil deyil
Daxildir
Photo and Video

Zirvə turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən zirvəyə ilk dəfə yola düşənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

1-ci Gün: Bakı-Xınalıq-Şahyaylaq-Düşərgə 3250 m

Bakıdan Quba şəhərinə yola düşürük (təxminən 3 saat). Qubada son alış-verişi etdikdən sonra Xınalıq kəndinə doğru hərəkət edirik (təxminən 2 saat). Xınalıq kəndinə çatdıqdan sonra dağ maşınları ilə Bazardüzü zirvəsinin birinci düşərgəsinə yola düşürük (təxminən 2 saat). Birinci düşərgə 2900 metr yüksəklikdə yerləşir. Burada son hazırlıqlarımızı tamamlayır və düşərgə yüklərimizi götürərək 3250 metr yüksəklikdə yerləşən ikinci düşərgəyə doğru hərəkət edirik (təxminən 2 saat).

2-ci Gün: Düşərgə -Bazardüzü zirvəsi- Düşərgə

Səhər saat 04:00-da Bazardüzü zirvəsinə (4466 m) doğru yürüşə başlayırıq. Zirvəyə qalxış təxminən 7-8 saat, eniş isə 4-5 saat çəkir. Bazardüzü zirvəsinə qalxdıqdan sonra Zəfər zirvəsinə (4301 m) doğru hərəkət edirik. Daha sonra düşərgəyə qayıdır və gecəni ikinci düşərgədə çadırlarda keçiririk.

3-cü Gün: Düşərgə -Xınalıq- Bakı

Səhər yeməyindən sonra çadırlarımızı toplayırıq və saat 10:00-da maşınların dayandığı yerə doğru enişə başlayırıq. Oradan dağ maşınları ilə Xınalıq kəndinə yola düşürük. Xınalıq kəndində nəqliyyat vasitələrimizi dəyişərək Bakıya doğru hərəkət edirik.

Tura Daxil Olan Xidmətlər:
  • Bakı — Quba — Xınalıq kəndi — Bakı (Vita, Sprinter avtobusu)
  • Xınalıq kəndi — Şahyaylaq — Düşərgə — Xınalıq kəndi (QAZ-66 və ya 4×4 dağ maşınları)
  • Dağ bələdçisi ( 7 nəfərə 1 bələdçisi)
  •  Çadır və mat təminatı
  • Düşərgədə isti suyun təşkili
  • Zirvəyə çıxmış iştirakçılara sertifikat verilməsi
  • Şahdağ Milli Parkına giriş biletləri
  • İcazələr və Rəsmi Qeydiyyatlar:
  • Şahdağ Milli Parkına giriş icazəsi
  • Dövlət Sərhəd Xidmətindən icazə

  • Fövqəladə Hallar Nazirliyindən icazə

Tura Daxil Olmayan Xidmətlər:
  • Fərdi xərclər

  • Şəxsi səyahət sığortası

  • Qidalanma və ərzaq

  • Proqram xaricində olan fərdi istəklər

  • Şəxsi dağçılıq ləvazimatları

Lazım Olan Ləvazimatlar:

Dağ ayaqqabısı, su keçirməz isti şalvar (Gore-Tex), Su keçirməz isti gödəkçə (Gore-Tex), yataq kisəsi, yürüş çomaqları,yemək bişirmə ləvazimatları, qaz başlığı və balon, çadır, baş fənəri, tozluq, papaq, eynək, əlcək, corab, termo içlik, polar gödəkcə, mat, çadır və.s

Əlavə Məlumatlar və Şərtlər
  • Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur. Bu müddət ərzində iştirakçılar pasport surətini təqdim etməlidirlər ki, Şahdağ Milli Parkı və Dövlət Sərhəd Xidmətindən icazə alınsın.

  • Rezervasiyanın Ləğvi və Geri Ödəniş:

    • Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.

    • 15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).

    • 7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.

    • 5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.

  • Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.

  • Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.

  • Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.

  • Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.

  • Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

  • Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.


Participant Reviews

100%
3
Reviewer
Francesco Lagatta
17 April 2025 17:11
Guests

Good morning, I would like to know the price of this tour? We are 3 Italians with other 4000 climbed

Add Review

250 $
per person 3 Days
Popularity 100% 100%
Professional Guide Certified Mountain Guide
Daxildir
Daxil deyil
Azərbaycan