Popular Çətin May-Noyabr

Tufandag Summit Tour (4191 m)

Quba, Xınalıq 3 Days Max 14 people 4.8 (0 Reviews)

About Tour

4191 m Summit
Gedi-dönüş 22 km Distance
3 Gün
2700 m Starting Point
3300 m Camp

Tufandag Peak is the third-highest summit of the Greater Caucasus range, standing at an elevation of 4,191 meters. Located at the watershed of the Guba, Gusar, and Gabala regions, this magnificent mountain is an ideal choice for challenging and extreme hikes. Several tributaries of the Gudyalchay River, along with the Demiraparan and Mahmudchay Rivers, originate from the slopes of Tufandag. The eternal glaciers on the Gusar side ensure a constant water supply to the Mahmudchay River. At an altitude of 3,300 meters, the picturesque Tufangol Lake adds a unique beauty to the mountain. Named after its strong winds and blizzards, Tufandag is a true test ground for mountaineers with its harsh climate and breathtaking landscapes.

Professional Guide
Daxil deyil
Daxildir
Photo and Video

Tufandağ zirvə turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən zirvəyə ilk dəfə yola düşənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

1-ci GÜN: Bakı-Quba- Xınalıq- Tufandağ düşərgə 3300 m

Bakı şəhərindən Quba rayonunun Xınalıq kəndinə doğru yola düşürük (təxminən 5 saat). Qubada son alış-verişimizi tamamlayıb, Xınalığa doğru yolumuza davam edirik. Xınalıq kəndində maşınlarımızı dəyişərək dağ maşınları ilə Şahyaylağa doğru hərəkət edirik (təxminən 2 saat). Yol boyunca əvvəlcə Şahdağ Milli Parkının, sonra isə Dövlət Sərhəd Xidmətinin keçid məntəqəsindən keçirik və Şahyaylağa doğru irəliləyərək Tufandağın ətəyinə çatırıq.  

Maşından endikdən sonra çantalarımızla təxminən 3 saat piyada yürüyərək düşərgəyə çatırıq. Çadırlarımızı qurub istirahət etdikdən sonra yüksəkliyə uyğunlaşma yürüşü edəcəyik. Axşam yeməyindən sonra zirvə hazırlıqlarını tamamlayıb dincəlirik.

2-ci GÜN: Düşərgə- Tufandağ zirvəsi-Düşərgə

 Səhər saat 05:00-da Tufandağ zirvəsinə dırmanışa başlayırıq. Zirvə yolumuz 5-6 saatdır. Zirvə şəkillərini çəkdirdikdən sonra düşərgəyə doğru eniş edirik. Eniş 2-3 saat davam edəcəkdir. Gecəni düşərgədə qalırıq.

3-cü GÜN: Düşərgə- Xınalıq -Quba- Bakı

Səhər yeməyindən sonra çadırları toplayıb Şahyaylağa, maşınlara doğru yola düşürük. Maşınlara minib Xınalıq kəndi istiqamətində hərəkət edirik. Xınalıqda maşınlarımızı dəyişərək Bakıya doğru yolumuza davam edirik.


Turun Qiymətinə Daxildir:

✅ Bakı–Xınalıq kəndi üzrə nəqliyyat (sprinter, vita)
✅ Xınalıq kəndi–Yarudağ düşərgə və geriyə (Yolsuzluq və4x4 dağ maşınları)
✅ Zirvə sertifikatları
✅ Şahdağ Milli parkına giriş biletləri
✅ Qaz başlığı və qaz balonun təşkili
✅ Şahdağ Milli Parkına giriş üçün icazə
✅ Dağ bələdçisi (7 nəfərə 1 bələdçi)
✅ Dövlət Sərhət Xidmətindən İcazə
✅ Çadır və matların təşkili
✅ FHN icazə

Accordion summary...

Accordion body...

Turun Qiymətinə Daxil Deyil:

❌ Atlar
❌ Qidalanma və ərzaq
❌ Program xaric istəklər
❌ Şəxsi dağçılıq ləvazimatları

Lazımi ləvazimatlar:
Accordion summary...

Accordion body...

Dağ ayaqqabısı, su keçirməz isti şalvar (Gore-Tex), Su keçirməz isti gödəkçə (Gore-Tex), yataq kisəsi, yürüş çomaqları,yemək bişirmə ləvazimatları, qaz başlığı və balon, çadır, baş fənəri, tozluq, papaq, eynək, əlcək, corab, termo içlik, polar gödəkcə, mat, çadır və.s

Əlavə Məlumat və Şərtlər:
  • Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur. Bu müddət ərzində iştirakçılar pasport surətini təqdim etməlidirlər ki, Şahdağ Milli Parkı və Dövlət Sərhəd Xidmətindən icazə alınsın.

  • Rezervasiyanın Ləğvi və Geri Ödəniş:

    • Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.

    • 15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).

    • 7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.

    • 5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.

  • Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.

  • Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.

  • Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.

  • Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.

  • Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

  • Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.





Participant Reviews

100%
3

Add Review

250 $
per person 3 Days
Popularity 100% 100%
Professional Guide Certified Mountain Guide
Daxildir
Daxil deyil
Azərbaycan